
Ramilə Seyidova Sədərəkdə vətəndaşları qəbul edəcək
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, 26 iyul 2025-ci il tarixdə saat 11:00-da Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova Sədərək rayonunun Sədərək kəndində vətəndaşlarla görüşəcək.
Qəbul Sədərək kənd icra nümayəndəliyinin inzibati binasında təşkil olunacaq.
Ailə, qadın və uşaq məsələləri ilə bağlı müraciət etmək istəyən sakinlər qəbulda iştirak edə bilərlər.