Azərbaycanda fəaliyyət göstərən hakimlərin sayı açıqlanıb

Azərbaycanda fəaliyyət göstərən hakimlərin sayı açıqlanıb

18 İyun 2025

Hazırda Azərbaycanda 654 hakim fəaliyyət göstərir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin məhkəmə şuralarının 3-cü iclası və Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 20 illiyinə həsr olunmuş “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” adlı beynəlxalq konfransda nümayiş olunan videoçarxda bildirilib.

Qeyd olunub ki, rəqəmin ilin sonuna qədər 700-ə çatdırılması gözlənilir. 2027-ci ilin sonuna qədər isə hakimlərin sayı 800-ə çatdırılacaq.