"Cahan" Şirkətlər Qrupu 1 İyun Uşaqlar Günündə şəhid ailələrinin övladlarını unutmadı -

"Cahan" Şirkətlər Qrupu 1 İyun Uşaqlar Günündə şəhid ailələrinin övladlarını unutmadı - FOTO

01 İyun 2025

"Cahan" Şirkətlər Qrupu 30 illik yubileyi və 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid övladlarına həsr olunmuş xüsusi sosial tədbir keçirib.

Bu təşəbbüs həm gələcəyimiz olan uşaqlara, həm də Vətən uğrunda canını fəda edən qəhrəmanlarımızın əmanətlərinə ehtiramın parlaq təzahürüdür.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbir çərçivəsində uşaqlara çoxsaylı hədiyyələr, eləcə də kiçik kitabxanalarını zənginləşdirmək məqsədilə müxtəlif yaş qruplarına uyğun kitablar təqdim edilib. Bu, həm sevgi dolu bir jest, həm də onların gələcəyinə ünvanlanmış ümid mesajıdır.

Layihə "Cahan" Şirkətlər Qrupunun sponsorluğu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Naxçıvan Dövlət Universiteti və "SEVİNC" İctimai Birliyinin birgə əməkdaşlığı ilə həyata keçirilib.

Bu təşəbbüs bir daha göstərib ki, dövlət, cəmiyyət və biznes bir araya gəldikdə, uşaqlar üçün atılan hər addım sabaha ümid işığı olur.