Əli Əlizadə Vahid Cəlalzadə ilə görüşüb

Əli Əlizadə Vahid Cəlalzadə ilə görüşüb

31 May 2025

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə bu ölkənin xarici işlər nazirinin konsulluq, xaricdə yaşayan iranlılar və parlament məsələləri üzrə müavini Vahid Cəlalzadə ilə görüşüb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Azərbaycanın İrandakı səfirliyi məlumat yayıb.

Görüşdə ikitərəfli konsulluq məsələlərinə dair fikir mübadiləsi aparılıb.