Kəlbəcər sakini Goranboyda minaya düşüb

Kəlbəcər sakini Goranboyda minaya düşüb

31 May 2025

Goranboyda 45 yaşlı kişi minaya düşüb.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, hadisə rayonun Qaraçinar kəndi ərazisində qeydə alınıb.

Belə ki, Kəlbəcər rayon sakini, 1980-ci il təvəllüdlü Qalib Kamran oğlu Abbasov mina partlayışı nəticəsində ağır xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Onun mal-qara otaran zaman minaya düşdüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.