Köç karvanı Kəngərliyə çatıb, açarlar təqdim edilib -

Köç karvanı Kəngərliyə çatıb, açarlar təqdim edilib - YENİLƏNİB

18 İyun 2025

Doğma yurduna yola salınan köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu mərhələdə köçürülən 154 nəfərdən ibarət 40 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim edilib.

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.