Naxçıvanda keçirilən sertifikatlaşdırma prosesində ən yüksək nəticəni onlar göstərdi

Naxçıvanda keçirilən sertifikatlaşdırma prosesində ən yüksək nəticəni onlar göstərdi

18 İyun 2025

Bu gün  Naxçıvanda ölkə üzrə mərkəzləşmiş qaydada dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanılıb.

"️NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, sertifikatlaşdırmanın test imtahanı mərhələsinin ilk gününə Azərbaycan dili və ədəbiyyatı, rus dili və ədəbiyyatı, riyaziyyat və xarici dillər üzrə tədris aparan təhsilverənlər cəlb olunub.

Sertifikasiya prosesində Babək Rayon Aşağı Buzqov kənd tam orta məktəbinin riyaziyyat müəllimi Turan Hüseynova,  Ordubad Rayon Dəstə kənd tam orta məktəbinin rus dili və ədəbiyyatı müəllimi  Xəyalə Rzayeva,  Sədərək Rayon Sədərək kənd 2 nömrəli  tam orta məktəbinin ingilis dili  müəllimi Aysun Cəfərova maksimum nəticə olan 60 baldan 57 bal toplayıblar.