Hərbi qulluqçularımız Serbiyada keçirilən beynəlxalq təlimdə iştirak edirlər

Hərbi qulluqçularımız Serbiyada keçirilən beynəlxalq təlimdə iştirak edirlər

18 İyun 2025

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Serbiyada keçirilən "Platinum Wolf - 2025" çoxmillətli sülhü dəstəkləmə əməliyyatları təlimində iştirak edir. 

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Müdafiə Nazirliyindən bildirilib.

Beynəlxalq təlimdə atış, piyada və texnika ilə patrulluq, yaşayış məntəqələrində əməliyyatlar, yoxlama məntəqələrinin qurulması, izdiham və iğtişaşların qarşısının alınması, əsirlərlə davranış, döyüş zamanı yaralılara ilkin tibbi yardımın göstərilməsi, kütləvi qırğın silahlarından mühafizə və digər mərhələlər üzrə tapşırıqlar yerinə yetiriləcək. 

Azərbaycan, ABŞ, Böyük Britaniya, Bolqarıstan, Bosniya və Hersoqovina, İtaliya, Macarıstan, Monteneqro, Rumıniya, Şimali Makedoniya və Yunanıstan hərbçilərinin iştirak etdiyi təlim iyunun 28-dək davam edəcək.