Milli Məclisin növbəti iclası başladı

Milli Məclisin növbəti iclası başladı

08 İyul 2025

Milli Məclisin növbədənkənar sessiyası üzrə növbəti iclası başlayıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 15 məsələ daxil edilib.

Gündəlikdəki “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” və “Qaz təchizatı haqqında” qanun layihələri üçüncü oxunuşda, yeni hazırlanmış “Xüsusi icra məmurları haqqında” qanun layihəsi isə ikinci oxunuşda müzakirə olunacaq.