
Naxçıvanın şəhər və qəsəbələrində açıq hava idman qurğuları quraşdırılacaq
Naxçıvan Muxtar Respublikasının şəhər və qəsəbələrində açıq havada müasir idman qurğularının quraşdırılması nəzərdə tutulur.
Bu məqsədlə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən müvafiq satınalma prosesi elan olunub.
"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə dövlət satınalmalarının həyata keçirildiyi vahid internet portalına istinadən xəbər verir.
Rəsmi məlumata görə, layihə çərçivəsində açıq hava şəraitinə uyğunlaşdırılmış müxtəlif idman qurğularının alınması və bölgənin müxtəlif yaşayış məntəqələrində quraşdırılması planlaşdırılır.