
Azərbaycanda evliliklərin davametmə müddəti açıqlanıb
Azərbaycanda evliliklərin davametmə müddəti açıqlanıb.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2023-cü ildə 21 min 688 boşanma qeydə alınıb.
Belə ki, pozulan 5 min 814 nikah 5 ilə qədər davam edib.
Həmçinin sözügedən dövrdə 5-9-il müddətinə davam edən nikahlardan 5 805-i pozulub.
Bundan əlavə, 7 min 735 nikah 10-19 il sürüb.
20 ildən çox davam edən 2 min 334 nikah isə 2023-cü ildə sona çatıb.