Azərbaycan və Səudiyyə Ərəbistanı Baş qərargah rəisləri görüşüb

Azərbaycan və Səudiyyə Ərəbistanı Baş qərargah rəisləri görüşüb

08 İyul 2025

Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Fəyyad Əl-Ruvayli Azərbaycan Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevlə görüşüb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi məlumat yayıb.

Görüş zamanı ikitərəfli əlaqələrə nəzər salınıb, müdafiə və hərbi sahələrdə birgə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib, həmçinin ümumi maraq doğuran bir sıra mövzular müzakirə edilib.