Milli Məclisin növbəti plenar iclası başladı

Milli Məclisin növbəti plenar iclası başladı

31 Oktyabr 2025

Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası başlayıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasda 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar bəyanat qəbul ediləcək.

İclasın gündəliyinə həmçinin "Dövlət xidmətləri haqqında" yeni qanunun üçüncü oxunuşda müzakirəsi də daxil olmaqla, ümumilikdə 11 məsələ daxil edilib.