Naxçıvanda 39 dərəcəyədək isti qeydə alınıb

Naxçıvanda 39 dərəcəyədək isti qeydə alınıb

10 Avqust 2025

Avqustun 10-na faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, ölkə ərazisində hava şəraiti, əsasən, yağmursuz keçib.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Neftçalada 20, Bakıda və Abşeron yarımadasında 16 m/s-dək güclənir.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, dağlıq rayonlarda 30, Aran rayonlarında eləcə də Naxçıvan MR-da 39 dərəcəyədək isti qeydə alınıb.