Naxçıvan Müəllimlər İnstitutu – gələcəyin əsl müəllimlərini yetişdirən təhsil ocağı

Naxçıvan Müəllimlər İnstitutu – gələcəyin əsl müəllimlərini yetişdirən təhsil ocağı

09 Avqust 2025

Dövrümüzdə təhsil həyatının ən önəmli mərhələlərindən biri seçimdir – hansı ali məktəbdə təhsil alacağınıza qərar vermək. Bu qərar yalnız qarşıdakı bir neçə ilinizə deyil, həm də gələcək peşəkar fəaliyyətinizə, sosial çevrənizə və şəxsi inkişafınıza birbaşa təsir göstərir.

Bildiyiniz kimi ali məktəb seçimi təkcə ixtisasla bağlı qərar deyil. Burada təhsil mühitinin keyfiyyəti, müəllim heyətinin peşəkarlığı, tələbələrə göstərilən fərdi diqqət, sosial imkanlar və beynəlxalq əlaqələr kimi amillər mühüm rol oynayır. Doğru seçim, bilik və bacarıqlarınızı inkişaf etdirməklə yanaşı, həyat yolunuzda möhkəm təməl yaradar.

Elə bu baxımdan, hər kəsin yaxşı tanıdığı və məzunlarının ictimaiyyətdə daim yüksək yer tutduğu Naxçıvan Müəllimlər İnstitutu tələbələrinə yalnız yüksək keyfiyyətli təhsil vermir, həm də onları böyük bir ailənin üzvləri kimi qəbul edir. Burada hər bir tələbənin sosial rifahı və şəxsi inkişafı prioritetdir.

İnstitutda tələbələrə fərdi qayğı göstərilir, onların ehtiyacları dinlənir və dəstəklənir. Ailə üzvləri ilə mütəmadi əlaqələr saxlanılır, beləliklə təhsil dövründə qarşılaşa biləcək çətinliklər vaxtında aşkar olunur və aradan qaldırılır. Sosial-ictimai və mədəni tədbirlər, tələbə klubları və idman fəaliyyətləri gənclərin hərtərəfli inkişafına, liderlik bacarıqlarının formalaşmasına şərait yaradır.

Biz inanırıq ki, təhsil yalnız bilik əldə etmək deyil, həm də şəxsiyyətin, dəyərlərin və məsuliyyət hissinin formalaşmasıdır. Bu səbəbdən Naxçıvan Müəllimlər İnstitutu insan və təhsil kapitalının inkişafına yönəlmiş strategiya ilə fəaliyyət göstərir. Məqsədimiz – cəmiyyət üçün nümunəvi, peşəkar və məsuliyyətli müəllimlər yetişdirməkdir.

Tədris proqramları müasir standartlara uyğun olaraq yenilənir, dərslər interaktiv metodlarla keçirilir. Peşəkar və təcrübəli müəllim heyəti tələbələrin nəzəri biliklərlə yanaşı praktiki bacarıqlarını da inkişaf etdirməyə xüsusi diqqət göstərir. Laboratoriyalar, zəngin kitabxana fondu, təcrübə dərsləri və innovativ texnologiyalar təhsilin effektivliyini daha da artırır.

Bundan başqa, institut gün-gündən beynəlxalq əlaqələrini genişləndirərək tələbələrinə xarici ölkələrdə təcrübə və təhsil imkanları təqdim etmək üçün çalışır və yeni uğurlara imza atir. Bu isə gənclərin qlobal təhsil mühitinə inteqrasiyasına, dünyagörüşlərinin zənginləşməsinə və peşəkar üfüqlərinin genişlənməsinə şərait yaradır.

Seçiminizi Naxçıvan Müəllimlər İnstitutundan yana etdiyiniz zaman, siz yalnız peşəkar təhsil almaqla kifayətlənmirsiniz, həm də sizi dəstəkləyən, qayğı göstərən və inkişafınızı hərtərəfli təmin edən böyük bir ailəyə qoşulursunuz. Sizi də öz  ailəmizdə görməkdən böyük məmnunluq duyarıq! Gələcəyinizi Naxçıvan Müəllimlər İnstitutu kimi etibarlı əllərə əmanət edin, əsl müəllim kimi yetişin!

Aygül MƏMMƏDOVA

Naxçıvan Müəllimlər İnstitutunun Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssisi