Naxçıvanda aqrar məhsulların istehsalı artıb

Naxçıvanda aqrar məhsulların istehsalı artıb

30 May 2025

Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında 59 milyon 479 min 500 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Muxtar Respublikanın Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 1,1 % artıb.

Bunun 4 milyon 253 min 800 manatı bitkiçilik sahəsi üzrə, 55 milyon 225 min 700 manatı isə heyvandarlıq sahəsi üzrə olub.