Naxçıvanda qeyri-dövlət sektorundan vergi daxilolmaları 26,9 faiz artıb

Naxçıvanda qeyri-dövlət sektorundan vergi daxilolmaları 26,9 faiz artıb

11 İyun 2025

2025-ci ilin yanvar-may ayları ərzində Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 96 milyon manata yaxın vergi daxil olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 22,6 faiz və ya 17,7 milyon manat çoxdur.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qeyri-dövlət sektorundan daxilolmalar 64,1 milyon manat təşkil edib. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 13,6 milyon manat və ya 26,9 faiz artıb.

Ödənilən vergilərin 66,8 faizi qeyri-dövlət sektorunun, 33,2 faizi isə dövlət sektorunun payına düşüb.