
Naxçıvanda müəllimlərin sertifikatlaşdırılması prosesinə start verilir
İyunun 18-də Naxçıvanda müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılacaq. Bu mərhələ Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, xarici dillər və digər fənlər üzrə ümumtəhsil müəssisələrində çalışan müəllimləri əhatə edəcək. İmtahanlar iyunun 25-dək davam edəcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, sertifikatlaşdırma Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə təşkil olunacaq və 345 müəllimin iştirakı gözlənilir.