
Naxçıvanlı idmançılar "Gladiator Döyüş Liqası"nda yüksək nəticə göstəriblər - FOTO
Bakıda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə MMA və qrapplinq idman növləri üzrə ilk "Gladiator Döyüş Liqası" təşkil olunub. Azərbaycan MMA və Qrapplinq Federasiyasının dəstəyi ilə Hövsan Olimpiya İdman Kompleksində reallaşan yarışa Naxçıvanda fəaliyyət göstərən "Turan" Döyüş Klubunun idmançıları da qatılıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, baş məşqçi Xəyal Abdullayevin rəhbərliyi ilə klubun 13 üzvü yarışda mübarizə aparıb, ümumilikdə 6 kəmər və 11 qızıl medal qazanmağa nail olublar.
İdmançılardan bir neçəsi həm kəmər (MMA) döyüşlərində, həm də medal yarışında qalib gələrək ikiqat qalibiyyət sevinci yaşayıblar. Kəmər döyüşlərində yeniyetmələr kateqoriyası üzrə Ravil Alməmmədov (69 kq), Əli Qəribov (66 kq), Uğur Bağışov (53 kq), Əbülfəz Cəfərov (47 kq), Nurəddin Əliyev (42 kq) və Tunar Abdullayev (38 kq) qalib olublar. Ravil, Əbülfəz, Nurəddin və Əli, həmçinin qrappling növündə qızıl medal qazanmağa müvəffəq olublar. Əli Əbilov qrapplinqdə, Rəhim Quluzadə, Nurəli Əsgərov və Onur Əliyev isə hər iki növdə qızıl medal əldə ediblər.