Bir həftə ərzində nə qədər ərazi minalardan təmizlənib?

Bir həftə ərzində nə qədər ərazi minalardan təmizlənib?

17 İyun 2025

Azad olunan ərazilərdə iyunun 10-dan 16-dək 29 tank əleyhinə, 131 piyada əleyhinə mina, 528 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 1258.7 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirib.