Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 71,4 faiz artıb
Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzi vasitəsilə sahibkarlara əczaçılıq, baytarlıq, tikinti və digər fəaliyyət növləri üzrə ümumilikdə 12 lisenziya verilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, verilmiş lisenziyaların sayı ötən ilin müvafiq dövrünə nisbətən 71,4 faiz, lisenziyalardan daxilolmaların məbləği isə ötən ilin müvafiq dövrünə nisbətən 82,4 faiz artıb.
Cari ilin 3 ayı ərzində Naxçıvan Muxtar Respublikasının müvafiq qurumlarının verdiyi 1206 icazə reyestrdə qeydiyyata alınıb, verilmiş icazələr əsasında dövlət büdcəsinə 27,5 min manat vəsait daxil olub.








