Pərviz Şahbazov Ciovanni Kristofoli ilə görüşüb

Pərviz Şahbazov Ciovanni Kristofoli ilə görüşüb

15 Aprel 2026

Azərbaycan və BP şirkəti arasında neft-qaz hasilatı potensialının inkişafı müzakirə edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Müzakirələr nazirin BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Ciovanni Kristofoli ilə görüşündə baş tutub.

P. Şahbazov görüşdə həmçinin elektrikləşmə və 2027-ci ildə istismara verilməsi nəzərdə tutulan günəş elektrik stansiyası da daxil olmaqla əməkdaşlığın prioritetləri ətrafında fikir mübadiləsinin aparıldığını bildirib.