Naxçıvanda Sahibkarlığın İnkişafı Fondu müvəkkil kredit təşkilatlarının sayını artırıb

Naxçıvanda Sahibkarlığın İnkişafı Fondu müvəkkil kredit təşkilatlarının sayını artırıb

01 Noyabr 2024

Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu iki yeni bankla əməkdaşlığa başlayıb. Müvəkkil bankların siyahısına Azər Türk Bank ASC və Bank Respublika ASC əlavə olunub, onların sayı 3-dən 5-ə çatıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, hazırda Sahibkarlığın İnkişafı Fondu Naxçıvanda fəaliyyət göstərən 5 bank və 1 bank olmayan kredit təşkilatı ilə sahibkarlıq subyektlərinin güzəştli şərtlərlə maliyyə dəstəyindən istifadə etməsi üçün əməkdaşlıq edir.