Kəngərli rayonundakı “Çalxanqala IV” əhəng xammalı yatağı üzrə hərrac keçirilib -

Kəngərli rayonundakı “Çalxanqala IV” əhəng xammalı yatağı üzrə hərrac keçirilib - FOTO

30 İyun 2025

İyun ayının 30-da “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin inzibati binasında Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yer təkinin istifadəyə verilməsi məqsədilə hərrac (auksion) təşkil olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, hərraca Kəngərli rayonu ərazisində yerləşən “Çalxanqala IV” əhəng xammalı yatağı çıxarılıb. Ümumi sahəsi 2,2 hektar, ehtiyat həcmi isə 943500 kubmetr olan yatağın auksion üçün başlanğıc qiyməti 94350 manat müəyyən edilib. Hərracın nəticəsinə əsasən yataq 104000 manat məbləğində yekun qiymətlə satılıb.

Hərracın qalibi olan şirkətə yataqda mövcud olan əhəng xammalının 5 il müddətinə istifadəsi hüququ veriləcək. Bununla bağlı zəruri hüquqi və texniki prosedurlara artıq başlanılıb.

Qeyd edək ki, hərrac Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2003-cü il tarixli, 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yer təkinin istifadəyə verilməsi üzrə hərracların (auksion və müsabiqələrin) keçirilməsi Qaydaları”na uyğun olaraq təşkil edilib.