
Ceyhun Bayramov Bobur Usmanovu qəbul edib
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın xarici işlər nazirinin müavini Bobur Usmanovu qəbul edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirirlib ki, görüş zamanı Azərbaycan-Özbəkistan müttəfiqliyindən irəli gələn planlar və birgə layihələr, ikitərəfli ali səviyyədə planlaşdırılan səfərlərə hazırlıq, o cümlədən çoxtərəfli əməkdaşlıq gündəliyi, Azərbaycanda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə Görüşünə hazırlıq məsələləri müzakirə olunub.
Azərbaycan və Özbəkistan arasında qardaşlıq və dostluğa əsaslanan müttəfiqliyin inkişafında iki ölkənin liderləri arasında mövcud yüksək səviyyəli təmaslar, Hökumətlərarası Komissiyanın, siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti vurğulanıb.
Görüşdə həmçinin qarşılıqlı maraq kəsb edən digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.