Rusiyadan Azərbaycana gətirilən soğan halqasında bakteriya aşkarlanıb

Rusiyadan Azərbaycana gətirilən soğan halqasında bakteriya aşkarlanıb

30 İyun 2025

"Mirtorq” MMC-nin Rusiyadan idxal etdiyi "Miratorq-Zapad" müəssisəsinin istehsalı olan 639 kq soğan halqası məhsulunda bakteriya aşkarlanıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, agentliyin götürdüyü nümunələrin müayinəsi nəticəsində məhsullarda patogen bakteriya aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilərək məhsul partiyası məhv edilib.