Elnur İbrahimov Babək rayonunda vətəndaşları qəbul edib

Elnur İbrahimov Babək rayonunda vətəndaşları qəbul edib

30 İyun 2025

İyun ayının 30-da Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Elnur İbrahimov Babək rayonunda vətəndaş qəbulu həyata keçirib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəbul saatından öncə İdarə Heyətinin sədri Elnur İbrahimov və Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov Babək rayonundakı Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək Ulu Öndərin əziz xatirəsini hörmətlə yad etmişlər.

Müvafiq struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciət və təklifləri dinlənilib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun operativ şəkildə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.