Dövlət Komissiyasının İşçi qrupunun ştat və xidməti avtonəqliyyat vasitələrinin sayı artırılıb

Dövlət Komissiyasının İşçi qrupunun ştat və xidməti avtonəqliyyat vasitələrinin sayı artırılıb

30 İyun 2025

“Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun ştat və xidməti avtonəqliyyat vasitələrinin sayı artırılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, bundan sonra Dövlət Komissiyasında 1 yox, 5 xidməti avtonəqliyyat vasitəsi fəaliyyət göstərəcək.

Həmçinin, qurumda 5 Baş məsləhətçi və 7 Böyük məsləhətçi çalışacaq.