Naxçıvanda yeni qurum yaradılıb, rəis təyin edilib

Naxçıvanda yeni qurum yaradılıb, rəis təyin edilib

18 İyun 2025

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 14 saylı Naxçıvan Regional bölməsi yaradılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, 18 iyun tarixində keçirilən təqdimat mərasimində regional bölməyə yeni rəis də təyin edilib.

Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanovun müvafiq əmri ilə Səttar Şəmsəddin oğlu Nəsirov 14 saylı Naxçıvan regional bölməsinin rəisi təyin olunub.

Digər əmrlə Sabir Rzayev qurumun rəis müavini təyin edilib.