Naxçıvan şəhərində bu əraziləri içməli su ilə təmin edən magistral xətdə qəza baş verib

Naxçıvan şəhərində bu əraziləri içməli su ilə təmin edən magistral xətdə qəza baş verib

18 İyun 2025

Bu gün -18 iyun tarixində Qoçüstü məhəlləsi, B.Abbasov küçəsi, Çənlibel məhəlləsi, Tumbul kəndi və ətraf əraziləri içməli su ilə təmin edən magistral xətdə baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar olaraq, saat 14:00-dan etibarən adıçəkilən ərazilərin bəzi ünvanlarına içməli suyun verilməsində fasilə yaranacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, təmir-bərpa işləri gün ərzində yekunlaşdırılacaq və suyun əvvəlki rejimdə verilməsi tam bərpa ediləcək.

Qurum yaranmış narahatlığa görə vətəndaşlardan üzr istəyir və bildirir ki, hər hansı su təchizatı ilə bağlı suallar və müraciətlər üçün 7/24 fəaliyyət göstərən “545-01-93” Çağrı Mərkəzinə müraciət edilə bilər.