Naxçıvan Dövlət Filarmoniyası Ordubadda konsert verib -

Naxçıvan Dövlət Filarmoniyası Ordubadda konsert verib - FOTO

25 İyun 2025

 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestri Ordubad Rayon Mədəniyyət Sarayında bayram konserti ilə çıxış edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, konsert proqramı orkestrin dirijoru və bədii rəhbəri, Prezident mükafatçısı Cahangir Qurbanovun rəhbərliyi ilə təqdim olunub.

Tədbirdə orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Əməkdar artistləri Gülyanaq Fərzəliyeva və Tural Nəcəfov, Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Ruhiyyə Hüseynova və Zülfiqar Mahmudov, Prezident mükafatçıları İlkin Abdullayev və Nərmin Hüseynov, həmçinin ifaçı Emin Hüseynov səhnəyə çıxıblar.

Konsertdə “Zəfər himni”, “Azərbaycan”, “Qalib sərkərdə”, “Aşıq sayağı”, “İlhamla sabaha” və digər musiqi nömrələri səsləndirilib. Proqram tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb və alqışlarla müşayiət olunub.