
Naxçıvan Muxtar Respublikası Xəstəxanasına direktor təyin edilib - FOTO
Naxçıvan Muxtar Respublikası Xəstəxanasında “Tibbi xidmətin təşkili, görülən işlər və qarşıda duran vəzifələr” mövzusunda tədbir keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Səhiyyə naziri Samiq Sadıxov tibbi xidmətin keyfiyyətinin artırılması, şəffaf idarəetmə və vətəndaş məmnunluğu ilə bağlı tapşırıqlar verib.
Tədbirdə şöbə rəhbərləri də çıxış edərək fəaliyyətləri barədə təqdimatlar ediblər.
Görüş çərçivəsində Rəşadət Nabatov Xəstəxananın direktoru təyin olunub. O, bundan əvvəl Naxçıvan Sağlamlıq Mərkəzinin direktoru olub.