Samiq Sadıxov Kəngərli rayonunda vətəndaşları qəbul edib -

Samiq Sadıxov Kəngərli rayonunda vətəndaşları qəbul edib - FOTO

23 May 2025

Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov Kəngərli Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaş qəbulu keçirib. Qəbuldan əvvəl Samiq Sadıxov və Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov ümummilli lider Heydər Əliyevin büstü önünə gül qoyaraq xatirəsini yad ediblər.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəbulda Səhiyyə Nazirliyinin müvafiq nümayəndələri də iştirak ediblər. Müraciətlər əsasən tibbi xidmət, dərman təminatı, əlillik və işlə təminatla bağlı olub.

Nazir vətəndaşların müraciətlərini dinləyərək həll üçün aidiyyəti üzrə tapşırıqlar verib. Bəzi məsələlər müvafiq qurumlara yönləndirilib.