Naxçıvanda içməli suyun təmizlənməsi üçün yeni avadanlıqlar alınacaq

Naxçıvanda içməli suyun təmizlənməsi üçün yeni avadanlıqlar alınacaq

23 May 2025

"İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsi Naxçıvan şəhərində yerləşən içməli sutəmizləyici qurğular kompleksində istifadə olunacaq əks osmos tipli membranların və qurğunun ehtiyat hissələrinin satın alınması üçün açıq müsabiqə elan edib.

“NAXÇIVANXƏBƏRLƏRİ” bu barədə dövlət satınalmalarının həyata keçirildiyi vahid internet portalına istinadən xəbər verir.

Satınalma prosesinin məqsədi sutəmizləmə sisteminin texniki dayanıqlığını artırmaq və suyun keyfiyyətini yüksəltməkdir.

Layihə üzrə ehtimal olunan satınalma dəyəri 2.827.390,92 AZN təşkil edir.