Babək və Hacıniyyət ərazilərində su təchizatında müvəqqəti fasilə yaranacaq

Babək və Hacıniyyət ərazilərində su təchizatında müvəqqəti fasilə yaranacaq

10 İyun 2025

İyunun 10-u saat 10: 00-dan etibarən Babək məhəlləsi, Hacıniyyət kəndi və 6-cı məhəlləni içməli su ilə təmin edən magistral xətdə baş verən qəzanın aradan qaldırılması ilə əlaqədar olaraq bu ərazilərin bəzi ünvanlarına içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, aidiyyəti qurumlardan verilən məlumata görə, təmir-bərpa işləri gün ərzində yekunlaşdırılacaq və suyun verilişi əvvəlki rejimdə bərpa ediləcək.