Acıbademin Ürək-Damar Klinikasının qurucusu: Naxçıvanda tələbələrlə fikir mübadiləsi aparmaqdan məmnunam

Acıbademin Ürək-Damar Klinikasının qurucusu: Naxçıvanda tələbələrlə fikir mübadiləsi aparmaqdan məmnunam

03 Aprel 2025

02 fevral 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetində Beynəlxalq Təlim Aylığının açılış tədbiri keçirildi.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə işirak edən Acıbadem Xəstəxanasının Ürək-Damar Klinikasının qurucusu, tanınmış ürək cərrahı Cem Alhan jurnalistlərə verdiyi müsahibədə təlim prosesi və universitetin vizyonu haqqında danışdı.

"Beynəlxalq Təlim Aylığı çərçivəsində bu gün tələbələrə ürək-damar cərrahiyyəsində icra olunan əməliyyatların təməl qaydaları, bu sahədə olan təkmilləşmə və gələcək perspektivləri haqqında məlumat verdim.

Xüsusilə robotik ürək cərrahiyyəsi barədə danışaraq, bu texnologiyanın istifadə şərtlərini izah etdim. Əsas məqsədim tələbələrin gələcəyə hazır olmasını təmin etməkdir. Çünki onlar sabahın həkimləridir və bizim gələcəyimiz onlara əmanətdir."

Cem Alhan tələbələrin maraq və aktivliyindən məmnunluqla danışaraq qeyd etdi ki, tələbələr məndə çox yüksək təəssürat yaratdılar. Bizim ölkəmizdəkəi tələbələrlə müaqisə etdikdə, burada daha çox maraq və fəallıq hiss etdim. Sabah mən Azərbaycanın dığər regionlarından gələcək ürək cərrahlarına və kardioloqlarına spesifik tibbi mövzular haqqında danışacam. Növbəti gün universitetdə tələbələrlə təlimlər davam edəcək.

Beynəlxalq Təlim Aylığının universitetin vizyonuna verdiyi təhfəni vurğulayan Cem Alhan bildirib:


"Bu cür tədbirin keçirilməsi universitetin gələcəyə dair strateji baxış bucağını göstərir. Universitet bu tədbiri keçirməyə də bilərdi və buna görə ona irad tutulmazdı. Ancaq bu cür beynəlxalq təlimlərin keçirilməsi, gələcək həkimləri üçün yeni imkanlar yaratmaq baxımından çox vacibdir. Tələbələr burada yeni insanlarla tanış olur, fikirlərini bölüşür və bu növbəti illərdə onların xaricdə staj görmə imkanlarını çoxaldır". - deyə Cem Alhan bildirib.