
Məhkum: Bu fürsəti həyatımın dönüş nöqtəsi hesab edirəm
Bu gün Azərbaycan Respublikası Prezidentinin imzaladığı Əfv Sərəncamı ilə cəza müddəti azaldılan məhkumlardan biri də Naxçıvan sakini Fərid İbrahimlidir. O, bir neçə il öncə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq qəza törətdiyi üçün azadlıqdan məhrum edilmişdi.
"Ədalət qarşısında cavab verdim. Həyatımın ən ağır dərslərindən birini aldım. Əfv sərəncamı mənim üçün böyük fürsətdir. Cənab Prezidentə bu humanist qərarına görə təşəkkür edirəm. Artıq keçmişi arxada qoyub ailəmə, cəmiyyətə faydalı bir insan kimi yaşamağa qərarlıyım,” – deyə Fərid İbrahimli "NAXÇIVANXƏBƏRLƏRİ"nə müsahibəsində bildirib.