
Azərbaycan Çin şirkəti ilə külək enerjisi layihələrini müzakirə edib
Azərbaycan Çin şirkəti ilə külək enerjisi layihələri və bu sahədə avadanlıqların istehsalı imkanlarını müzakirə edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
O bildirib ki, Çində “Windey Energy Technology Group Co., Ltd.” şirkətinin İdarə Heyətinin sədri Chen Qi ilə səmərəli görüş keçirib.
“Külək enerjisi layihələri və bu sahədə avadanlıqların istehsalı, eləcə də enerjinin ötürülməsi infrastrukturu üzrə əməkdaşlıq imkanlarını müzakirə etdik”, deyə P. Şahbazov bildirib.