
Naxçıvan TMİB kreditorlarına müraciət edib
Ləğv prosesində olan Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi (TMİB) kreditorlarına müraciət edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Naxçıvan şəhəri, Əziz Əli̇yev küçəsi, ev 120 ünvanına bildirə bilərlər.
Naxçıvan TMİB bu il mayın 1-də ləğv edilib. Bununla bağlı muxtar respublika Ali Məclisinin sədrinin birinci müavini Bəxtiyar Məmmədov səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi fərman imzalayıb. Fərmana əsasən, qurumun tabeliyindəki tibb müəssisələri əmlakları ilə birlikdə yerli Səhiyyə Nazirliyinin tabeliyinə verilib.