Naxçıvanda qanvermə aksiyası keçirilib -

Naxçıvanda qanvermə aksiyası keçirilib - FOTO

14 İyun 2025

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində Ümumdünya Qan Donoru Gününə həsr olunmuş “Qan ver, həyat qurtar” adlı könüllü qanvermə aksiyası keçirilmişdir. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, aksiyada Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin əməkdaşları və çoxsaylı könüllü vətəndaşlar iştirak etmişdir. Toplanmış qan, ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Qan Bankı və Qanköçürmə Mərkəzində saxlanılmışdır. Aksiyanın əsas məqsədi qan ehtiyatlarının artırılması və sağlamlıq imkanları məhdud olan xəstələrə dəstək göstərmək, həmçinin vətəndaşlarda sağlamlıq və humanitar məsuliyyətə diqqətin artırılmasıdır.