
Batabat yolunda ağır qəza: Beş nəfər xəsarət alıb
Naxçıvan-Batabat avtomobil yolunun Biçənək kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, "Mercedes" markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində Babək rayonunun Şəkərabad kənd sakinləri – 2014-cü il təvəllüdlü Vəliyev Fərhad Ceyhun oğlu, 2005-ci il təvəllüdlü Həsənova Nuray Həsən qızı, 2004-cü il təvəllüdlü Zeynalova Surə Zeynal qızı, 2003-cü il təvəllüdlü Həsənov Nihad Həsən oğlu və 2002-ci il təvəllüdlü Vəliyev Fərahim Ceyhun oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.