
Naxçıvan sakinləri Türkiyədə qəzaya düşüb, 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb - YENİLƏNİB
Türkiyənin İğdır vilayətində ağır avtoqəza olub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, İğdır-Aralıq magistralının Daşburun kəndi yaxınlığında səhər saatlarında baş verən yol-nəqliyyat hadisəsi zamanı 68-CA-524 qeydiyyat nişanlı "Mitsubishi" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Hadisə zamanı 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.