
Naxçıvanda 54 yaşlı qadın gölə düşüb
Hadisə bu gün axşam saatlarında şəhərin "Bazar gölü" adlanan ərazisində qeydə alınıb. Şahbuz rayonu, Külüs kənd sakini, 1971-ci il təvəllüdlü Quliyeva Məhəbbət Mahmud qızı gölə düşüb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, ərazidə olan polis əməkdaşlarının səyləri nəticəsində o göldən çıxarılıb. M.Quliyeva Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdır.
Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.