Naxçıvanda yol qəzası: 3 nəfər xəsarət alıb

Naxçıvanda yol qəzası: 3 nəfər xəsarət alıb

26 May 2025

Naxçıvan-Şahbuz magistral yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər xəsarət alıb. Hadisə magistral yolun Babək rayonu, Uzunoba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, 75-BD-090 dövlət nömrə nişanlı "VAZ-2103" markalı avtomobillə 67-BH-202 dövlət nömrə nişanlı "VAZ-2107" markalı avtomobil toqquşub. Qəza nəticəsində xəsarət alan şəxslər Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.