Əmrah Nağıyev Qubada keçilən marafonun qalibi olub -

Əmrah Nağıyev Qubada keçilən marafonun qalibi olub - FOTO

15 İyun 2025

Quba rayonunun Səbətlər kəndində "Cherry Run" Təngəaltı Yarımmarafonu  təşkil olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikasından yarışa qatılan atlet Əmrah Nağıyev 10 km məsafə üzrə bacarığı nümayiş etdirib. Təmsilçimiz bu məsafədə bütün rəqiblərini qabaqlayaraq birinci olub. İdmançıya medal və pul mükafatı təqdim olunub.

Xatırladaq ki, atletika üzrə sonuncu ölkə çempionatını da qalibiyyətlə tamamlayan Əmrah Nağıyev iyunun 24-də Sloveniyada keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycan milli komandasının heyətinə daxil edilib.