
Şahmat yarışının qalibləri bəlli olub - FOTO
İyunun 13-ü Naxçıvan Şahmat Mərkəzində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş şahmat üzrə blitz turniri reallaşıb. Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin birgə təşkilatçılığı əsasında keçirilən yarışda 31 şahmatçı iştirak edib. Mükafatçılar İsveçrə sistemi üzrə 7 turluq mübarizənin sonunda bəlli olub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, nəticələrə əsasən Mirsaleh Seyidli 6 xallıq göstərici ilə maksimum nəticə əldə edərək turnirin əsas sıralamasında birinci olub. Aktivində 5,5 xal olan Yasin Əzimov və Zaur Babayev müvafiq olaraq ikinci, üçüncü yerlərə sahib çıxıblar.
FIDE ustası Nəsrin Babayeva qadın kateqoriyasında, Lətif Muradlı (14 yaş), Fərəməz Quliyev (12 yaş), Gülsüm Qəhrəmanova (10 yaş) və Amin Mirzəzadə (8 yaş) öz yaş kateqoriyalarında birinci olublar.
Adıçəkilən şahmatçılara diplom və pul mükafatı təqdim olunub, digər fərqlənən iştirakçılar fəxri fərmanla təltif edilib.
