Naxçıvanda keçirilən futzal turnirinin yarımfinalçılar bəlli olub -

Naxçıvanda keçirilən futzal turnirinin yarımfinalçılar bəlli olub - FOTO

15 İyun 2025

Muxtar respublikada fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları arasında təşkil edilən "Heydər Əliyev Kuboku" uğrunda futzal turnirində 1/4 final mərhələsinin oyunları reallaşıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, 14 iyunda keçirilən 1/4 final görüşlərinin nəticələrinə əsasən Təhsil, Ədliyyə və Mədəniyyət nazirlikləri, o cümlədən Dövlət Vergi Xidməti yarımfinala vəsiqə qazanıblar. 

Nəticələr aşağıdakı kimidir: 

Mədəniyyət Nazirliyi 3:2 Energetika Xidməti

Ədliyyə Nazirliyi 3:1 Səhiyyə Nazirliyi

Təhsil Nazirliyi 10:1 İqtisadiyyat Nazirliyi

Vergi Xidməti 1:1 (pen:3:1) Fövqəladə Hallar Nazirliyi 

Növbəti həftəsonu Təhsil Nazirliyi - Dövlət Vergi Xidməti və Ədliyyə Nazirliyi - Mədəniyyət Nazirliyi matçları keçiriləcək.