Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Rumıniya yığması ilə qarşılaşıb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Rumıniya yığması ilə qarşılaşıb

14 İyun 2025

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında növbəti oyununu keçirib.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, yığma Xorvatiyada Rumıniya millisi ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin 3:0 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv daha əvvəl Macarıstan, Sloveniya və Slovakiyaya 0:3, Monteneqro və Xorvatiyaya isə 1:3 hesabı ilə uduzub.