
Laçının orta məktəblərində “Son zəng” tədbirləri keçirilib
Laçın şəhər 2 nömrəli tam orta məktəbdə, həmçinin rayonun Ə.Məmmədov adına Zabux və Sus kənd tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirlərdə iştirak edən müəllim və şagird kollektivləri üçün bu anlar duyğulu, unudulmaz olub.
Qeyd edək ki, 2025-ci il üzrə Laçın rayonunda ümumilikdə 15 şagird tam orta təhsil səviyyəsini başa vuraraq məzun adını qazanıb.