Naxçıvan şəhərində 40 il sonra məktəbə qayıtdılar -

Naxçıvan şəhərində 40 il sonra məktəbə qayıtdılar - FOTO

14 İyun 2025

Naxçıvan şəhərində yerləşən Hüseyn Cavid adına 5 nömrəli tam orta məktəbin 1985-ci il məzunları məzun olduqları təhsil ocağını 40 ildən sonra yenidən ziyarət ediblər.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, illərin həsrətini, xatirələrlə dolu sinif otaqlarını və keçmişin izlərini yenidən yaşamaq üçün bir araya gələn məzunlar üçün bu görüş həm duyğusal, həm də unudulmaz olub.

Ziyarət zamanı məzunlar şəhid Rasim Ramazanovun adını daşıyan sinif otağına da baş çəkiblər. Vətən uğrunda canından keçmiş qəhrəmanımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bu an iştirakçılara dərin duyğular yaşadıb.